"Neft daşları"ndan indiyədək 182 mln. tondan artıq neft çıxarılıb İqtisadiyyat

"Neft daşları"ndan indiyədək 182 mln. tondan artıq neft çıxarılıb

"Neft daşları" yatağından indiyədək (01.05.2025 tarixinə) 182,4 mln. ton neft hasil olunub.

Bu barədə "APA-Economics" 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” çərçivəsində SOCAR-ın təqdim etdiyi məlumatlara istinadən xəbər verir.

Məlumata görə, yataqda indiyədək 14,3 mlrd. kubmetr səmt qazı hasil olunub.

Bildirilir ki, "Neft daşları"nda indiyədək 1 986 quyu qazılıb, onlardan 409-u fəaliyyətdədir. Dünyada ilk dənizdə sənaye neft hasilatı 1949-cu ildə burada başlanılıb.

Vurğulanır ki, SOCAR-ın illik neft və qaz hasilatının 70%-i buradan sahilə nəql olunur.