11:04
672
İsrail və Livan arasında dinc nizamlanma üzrə danışıqların beşinci raundu çərşənbə günü ABŞ-da baş tutacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqott bəyan edib.
O qeyd edib ki, mayın 2-də ABŞ-da keçirilən dördüncü raund çərşənvəsində tərəflər hərtərəfli nizamlanmaya yaxınlaşmaq istiqamətində tərəqqi əldə edə biliblər.
"Biz son 20 ilin problemlərini geridə qoyuruq və Livanın suverenliyinin bərpasına, eləcə də İsrailin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş hərtərəfli sazişə doğru irəliləyirik", — deyə Piqott "X" sosial şəbəkəsində yazıb.
Məryəm Quliyeva