Ukrayna və Moldova ilə Aİ danışıqlarının tarixi məlum olub Dünya

Ukrayna və Moldova ilə Aİ danışıqlarının tarixi məlum olub

Ukrayna və Moldova Aİ-yə üzvlüklə bağlı danışıqlara iyun ayında başlamağı planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.

Üç diplomat nəşrə bildirib ki, ilk danışıqlar qrupunun (klasterinin) açılması iyunun 15-nə planlaşdırılıb və bu, Lüksemburqda keçiriləcək hökumətlərarası konfrans çərçivəsində baş tutacaq.

Həmçinin dörd diplomat bəyan edib ki, Macarıstan Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxmaqdan imtina edəcək və bu, Moldovaya yaxın günlərdə bloka daxil olmaq üçün rəsmi danışıqlara başlamaq imkanı verəcək. Bununla belə, macarıstanlı məmurlardan biri vurğulayıb ki, Ukrayna üçün klasterlərin açılması ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib.

"Danışıqlar davam edir. Razılıq əldə olunmayıb", — deyə məmur qeyd edib.

Diplomatlardan birinin verdiyi məlumata görə, Aİ ölkələrinin səfirləri bu həftənin sonuna qədər — Kiyev ölkədəki daxili islahat planları barədə məlumat verdikdən, həmçinin azlıqlar məsələsinə baxdıqdan sonra Ukrayna və Moldova üçün ilk klasterin açılması məsələsində öz qəti mövqelərini müəyyənləşdirəcəklər. Daha sonra Avropa ölkələri iyunun 15-də keçiriləcək konfransda Ukrayna və Moldova üçün klasterin açılmasını təsdiqləyəcəklər.

Məryəm Quliyeva