Peskov: Putin və Tramp arasında danışıqlar operativ şəkildə razılaşdırıla bilər Gündəm

Peskov: Putin və Tramp arasında danışıqlar operativ şəkildə razılaşdırıla bilər

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı ehtiyac yaranacağı təqdirdə operativ şəkildə razılaşdırıla bilər, lakin hazırda bu, gündəlikdə yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bəyan edib.

“Prezident Putin və Tramp ehtiyac olduqda telefon danışıqları aparırlar, onları operativ şəkildə razılaşdırmaq olar. Hələlik gündəlikdə belə bir danışıq yoxdur, həm də ona görə ki, hər bir danışığa yaxşı hazırlaşmaq lazımdır”, — deyə Peskov bildirib.

O qeyd edib ki, Ukrayna üzrə üçtərəfli danışıqlar dayandırılıb, bununla belə, amerikalı danışıqçılar həm Moskva, həm də Kiyevlə təmasları davam etdirirlər.

Rusiya Prezidentinin mətbuat katibi əlavə edib ki, onların Rusiyaya gəlişinin dəqiq tarixi yoxdur, lakin Rusiya tərəfi istənilən vaxt onları görməkdən məmnun olacaq.

Məryəm Quliyeva