09:23
924
İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları yerindəcə məhv ediləcək, MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) isə bu prosesə nəzarət edəcək.
Xalqcebhesi.az xəbər verir ki, "Fox News" bu barədə memorandumun mətninə istinadən məlumat yayır.
Memorandumdan o da məlum olur ki, İrana neft satmağa icazə veriləcək; Fars körfəzi ölkələri İranın bərpası üçün nəzərdə tutulan 300 milyard dollarlıq fondun üzvləri olacaqlar, ABŞ isə bu fondda iştirak etməyəcək; İranla yekun saziş imzalanana qədər ABŞ regiondakı qüvvələrini azaltmayacaq.
Məryəm Quliyeva