Çin XİN: İsrail ABŞ və İran arasındakı tarixi razılaşmalara mane olmamalıdır Gündəm

Çin XİN: İsrail ABŞ və İran arasındakı tarixi razılaşmalara mane olmamalıdır

Çin İsraili və digər maraqlı tərəfləri ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaları rəhbər tutaraq hərəkət etməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, müvafiq bəyanatla brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan çıxış edib.

"Bu məsuliyyətli məqamda bütün maraqlı tərəflər, o cümlədən İsrail, regionda sülh və sabitliyin maraqlarını rəhbər tutaraq hərəkət etməlidir. Bu prosesə mane olan addımlar deyil, birinci mərhələnin razılaşmalarının reallaşdırılmasına və ikinci mərhələ üzrə danışıqların irəliləməsinə töhfə verəcək addımlar atılmalıdır", — deyə o qeyd edib.

Diplomat həmçinin Çinin "Yaxın Şərqdə davamlı sülh və sabitliyə nail olmaq üçün öz təsirindən istifadə etməyə və beynəlxalq birliklə qarşılıqlı fəaliyyət göstərərək yorulmaz səylər göstərməyə" hazır olduğunu vurğulayıb.

Məryəm Quliyeva