“Barselona” İngiltərə millisinin üzvü üçün 90 milyon ödəyə bilər İdman

“Barselona” İngiltərə millisinin üzvü üçün 90 milyon ödəyə bilər

İspaniya nəhəngi “Barselona” İngiltərə millisinin və “Çelsi” klubunun futbolçusu Levi Kolvili transfer etmək istəyir.

“CaughtOffside” nəşri xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi yanvar ayında 23 yaşlı müdafiəçini transferi üçün hərəkətə keçməyə hazırlaşır.

İngiltərəli futbolçunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin iyununa qədər olsa da, London klubu onunla müqavilənin müddətini uzatmaq niyyətindədir. Əks halda, müdafiəçinin transferi üçün 80-90 milyon avro tələb edə bilər.

Bundan başqa, “Liverpul” da Kolvilin xidmətində maraqlıdır.