Tramp köməkçiləri üçün kütləvi əfv fərmanları imzalamaq niyyətindədir Dünya

Tramp köməkçiləri üçün kütləvi əfv fərmanları imzalamaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp 2029-cu ilin yanvarında prezidentlik müddəti başa çatanadək köməkçilərini və məsləhətçilərini ehtimal olunan cinayət təqibindən qorumaq üçün çoxlu sayda əfv fərmanı imzalamağı planlaşdırdığını bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə amerikalı lider "CBS News" telekanalına müsahibəsində bildirib.

Tramp zarafatla ikinci müddəti ərzində Ağ Evin Oval kabinetindən hətta min mil aralıda olan hər kəsi demokratların təqiblərindən qorumağa hazır olduğunu bildirib. O, ölkəyə xidmət edən insanların ömrünün qalan hissəsini radikal baxışlı şəxslərdən müdafiə olunmağa xərcləmələrini istəmədiyini vurğulayıb.

Müsahibə zamanı özünü əfv edib-etməyəcəyi ilə bağlı suala mənfi cavab verən ABŞ lideri, buna baxmayaraq belə bir addımı əsassız saymadığını və buna hüquqi haqqı olduğunu düşündüyünü qeyd edib. Bununla yanaşı, Tramp keçmiş Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və FTB-nin sabiq direktoru Ceyms Komi kimi bəzi siyasi rəqiblərini əfv etməyəcəyini, düşmənlərindən nifrət etdiyini açıq şəkildə etiraf edib.

Məryəm Quliyeva