Premyer Liqa: “İmişli” “Sumqayıt”la heç-heçə etdi İdman

Premyer Liqa: “İmişli” “Sumqayıt”la heç-heçə etdi

Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turunda daha bir oyun keçirilib.

Günün ilk qarşılaşmasında “İmişli” Yevlax şəhər stadionunda “Sumqayıt”ı qəbul edib.

Baş hakim Əkbər Əhmədovun idarə etdiyi görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Qeyd edək ki, XI tura bu gün keçiriləcək “Sabah” – “Şamaxı” matçı ilə yekun vurulacaq.