15:19
294
“8 Noyabr Azərbaycan tarixinin ən vacib günlərindən biridir və Azərbaycanın qazandığı Zəfər bütövlükdə regionda yeni düzənin formalaşmasına gətirib çıxardı. Bu gün Azərbaycan regionda sülh və əməkdaşlığa dəstək verən və regionun inkişafına xüsusi töhfə verən ölkədir”.
Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov əlavə edib ki, Zəfər bir tərəfdən 30 illik Ermənistan işğalına son qoydu, digər tərəfdən bu, həm də artıq gələcək nəsillər üçün də məhz qalib və güclü Azərbaycanın qorunub saxlanılmasına imkan yaratdı: “Azərbaycan Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpa-yenidənqurma prosesini intensiv şəkildə həyata keçirir. Yalnız ötən beş ildə Azərbaycan dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 26 milyard manat vəsait ayrılıb. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatı 6 dəfə böyüyüb. Bu, təbii ki, Azərbaycanın gücünü göstərir. Zəfər qazanmış Azərbaycan tamamilə dağıdılmış əraziləri bərpa edir, yenidən qurur və inkişaf etdirir”.
Röya İsrafilova