11:11
182
İranın Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilədən (NPT) çıxması barədə doqquz qanun layihəsi Məclisin (birpalatalı parlament) gündəliyindədir və parlament ölkənin saziş şərtlərinə əməl etməyi davam etdirib-etdirməməsi barədə qərar qəbul etməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə deputat Müctəba Zolnuri bəyan edib.
"Məclis bu məsələni (NPT-dən çıxmaq haqqında doqquz qanun layihəsini) diqqətlə araşdıraraq İranın bu müqavilədə iştirakını davam etdirməsi barədə qərar qəbul etməlidir", - deyə o, "Mehr" agentliyinə müsahibəsində bildirib.
Zolnurin sözlərinə görə, İslam Respublikasının NPT-də üzvlüyünə yenidən baxılması zərurəti məsələsi əvvəlkindən daha kəskin dayanır, çünki ölkənin atom obyektləri barədə yoxlamalar vasitəsilə əldə edilən məlumatlardan zərər vurmaq üçün istifadə olunur, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri isə ehtimal olunan zərbələrin hədəflərini müəyyən etmək vasitəsinə çevrilirlər. O vurğulayıb ki, İranın sənəd üzrə öhdəlikləri yerinə yetirməsi, lakin onun nəzərdə tutduğu hüquqlardan yararlanmaması ilə razılaşmaq olmaz.
Məryəm Quliyeva
11:03
245
7 Noyabr 14:12
1 470
7 Noyabr 14:03
1 393