11:25
1 260
Avropa ölkələri ABŞ-nin keçmiş lideri Co Baydenin dövründə Ukraynaya verilən 350 milyard dollar məbləğində hərbi yardım xərclərini Birləşmiş Ştatlara kompensasiya etməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Endryus hərbi bazasında çıxışı zamanı bəyan edib.
Trampın sözlərinə görə, o, Avropa liderləri ilə görüşündə tədarükün miqyasını xatırladıb: "Biz sizə, bir anlıq düşünün, 350 milyard dollar dəyərində təyyarələr, hər növ silahlar və digər vəsaitlər verdik".
ABŞ lideri qeyd edib ki, Ukraynaya ötürülən ABŞ hərbi yardımının pulunu ödəmək Avropanın "planlarında yox idi".
"Bayden tərəfindən Ukraynaya çox şey verilib və onlar buna görə ödəməlidirlər", — deyə Tramp vurğulayıb.
Məryəm Quliyeva