07:37
1 281
ABŞ Hərbi Hava Qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda istifadə olunmaq üçün Böyük Britaniyada yerləşdirilən "B-52 Stratofortress" strateji bombardmançı təyyarələri bu ölkəni tərk edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The War Zone" (TWZ) portalı məlumat yayıb.
Portalın məlumatına görə, altı bombardmançı təyyarə hər birində üç hava gəmisi olmaqla iki qrup halında iyulun 1-də Feyrford aviabazasını tərk edib. Nəşr qeyd edir ki, bu təyyarələrdən İslam Respublikasının ərazisinə zərbələr endirmək üçün istifadə olunub.
"The War Zone" göstərir ki, "B-52 Stratofortress" təyyarələrinin Böyük Britaniyadan çıxarılması, ehtiyac yaranacağı təqdirdə ABŞ-nin İrana qarşı hücumları bərpa etməsinə mane olmayacaq. İngiltərənin cənub-qərbindəki aviabazada hələ də 12 ədəd "B-1 Lancer" strateji bombardmançı təyyarəsi qalmaqdadır, bundan əlavə, Vaşinqton birbaşa Birləşmiş Ştatların ərazisində bazalaşan B-52, B-1 və B-2 bombardmançılarından da istifadə edə bilər.
Məryəm Quliyeva