Polşa Prezidentinin nümayəndəsi: ABŞ qoşunları Polşada daimi əsasda yerləşdiriləcək Gündəm

Polşa Prezidentinin nümayəndəsi: ABŞ qoşunları Polşada daimi əsasda yerləşdiriləcək

Ağ Ev ABŞ qoşunlarının Polşada daimi mövcudluğuna razılıq verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdən sonra Polşa Prezidenti Dəftərxanasının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidatş məlumat verib, onun sözlərini "RMF24" sitat gətirir.

"Qoşunların dövri olaraq qalmasını nəzərdə tutan əvvəlki rotasiya formulu yerini ABŞ kontingentlərinin daimi dislokasiyasına verməlidir", — deyə materialda bildirilir.

Pşidatşın vurğuladığına görə, bu qərar təkcə ABŞ-nin Avropadakı hərbi strategiyasının nəticəsi deyil, həm də Polşa və ABŞ prezidentləri Karol Navrotski ilə Donald Tramp arasındakı müstəsna dərəcədə yaxşı şəxsi münasibətlərin bəhrəsidir.

Məqalədə qeyd olunur ki, ABŞ qoşunlarının mövcudluq xarakterinin dəyişməsi Polşanın həm şərq, həm də qərb qonşuları üçün "güclü bir siqnal" olacaq.

Mayın 21-də Tramp regional təhlükəsizlik fonunda Birləşmiş Ştatların Polşaya əlavə olaraq 5 min hərbçi köçürəcəyini bəyan etmişdi. O, bu qərarı Navrotski ilə yaxşı münasibətləri ilə əsaslandırmışdı.

Məryəm Quliyeva