08:59
1 057
Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 3 342 nəfərə yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bolivar respublikasının Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriqes hökumətin məlumatlarına istinadən "X" sosial şəbəkəsində bildirib.
Onun verdiyi məlumata əsasən, iyulun 5-nə olan vəziyyətə görə xəsarət alanların sayı 16 740 nəfər təşkil edib. 86 mindən çox ailəyə yardım göstərilib. 17 345 nəfər hələ də evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi ziyan görüb.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 23 820 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə olunub, zərərçəkmiş 86 794 ailəyə köməklik göstərilib və onlara 9 585 ton qida məhsulu çatdırılıb.
Məryəm Quliyeva