08:55
1 085
Rusiya hava hücumundan müdafiə (HHM) vasitələri gecə ərzində Rusiya regionları və Azov dənizi akvatoriyası üzərində Ukraynaya məxsus 519 PUA-nı sıradan çıxarıb və məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Gecə ərzində növbətçi HHM vasitələri tərəfindən Belqorod, Pskov, Novqorod, Bryansk, Kursk, Oryol, Tula, Tver, Yaroslavl, Voronej, Smolensk, Kaluqa, Ryazan, Lipetsk, Rostov, Samara, Saratov, Volqoqrad, Leninqrad vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım Respublikası əraziləri və Azov dənizi akvatoriyası üzərində Ukraynaya məxsus təyyarə tipli 519 pilotsuz uçuş aparatı sıradan çıxarılıb və məhv edilib", — deyə nazirlikdən bildirilib.
Məryəm Quliyeva