08:50
1 120
İyulun 6-na keçən gecə Rusiya Ukrayna ərazisinə kütləvi raket və dron zərbələri endirib. Son məlumatlara görə, Kiyevdə doqquz nəfər həlak olub, daha 47 nəfər isə yaralanıb. Xilasetmə işləri davam edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Timur Tkaçenko və Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində yaşayış və qeyri-yaşayış sahələrinə ziyan dəyib.
Məryəm Quliyeva