15:54
609
“Azərbaycanda dini fəaliyyətin tənzimlənməsi Konstitusiyanın müəyyən etdiyi dünyəvilik prinsipləri əsasında həyata keçirilir”.
Bu fikirləri Milli Məclisin deputatl Fazil Mustafa “Xalqcəbhəsi.az”a açıqlaması zamanı deyib.
O bildirib ki, burda bəlli bir prinsiplər əsas götürülür. Konstitusion prinsiplər: “Konstitusion prinsiplər odur ki, Azərbaycanda vicdan azadlığı olsa da, Azərbaycan mahiyyətcə dini dövlət deyil və hər hansı bir şəkildə hansısa bir dinin üstünlüyünə dayanan, inancın üstünlüyünə dayanan qanunvericilik bazasına söykənmir. Qanunlar dünyəvi qanunlardır və dövlət də dünyəvi dövlət olduğuna görə burda dini fəaliyyətin tənzimlənməsi dövlətin öz üzərinə düşür. Dinin işlərinə qarışmır, amma dinin də cəmiyyət və dövlət həyatına müdaxilə etməsinə yol vermir. Və belə bir vəziyyətdə bütün inanclardan olan insanların bərabər səviyyədə öz inancını yaşamasına ölkədə bütün, demək, imkanlar yaradılır. Əsas prinsiplər budur və bu da multikulturalizm bir dəyər olaraq qəbul olunmasıdır, tolerantlığın qəbul olunmasıdır. Kimsə hansısa bir inanc prizmasından digərini alçalda yaxud da onu müəyyən dərəcədə, xoşagəlməz davranışla demək, məhkum edə bilməz. Yəni bunlar prinsip olaraq qorunmaqdadır. Və bu təbliğat da Azərbaycanın özünün bir dövlət olaraq xarakterini göstərən əsas istiqamətdir.”
Günel Elxan