Tramp: "İstədiyimiz an Ukraynadan hər şeyi götürə bilərik" Gündəm

Tramp: "İstədiyimiz an Ukraynadan hər şeyi götürə bilərik"

Amerika lideri Donald Tramp Vaşinqtonun Ukrayna ilə nadir torpaq resursları haqqında imzalanmış sazişinin olduğunu bəyan edib. Onun sözlərinə görə, bu saziş istənilən an "ABŞ-ın istədiyi hər şeyi götürmək" hüququnu verir.

Xalqcebhesi.az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Həqiqi Amerikanın Səsi" telekanalına müsahibəsində bildirib.

Sazişi xatırladan Tramp vurğulayıb ki, Ukrayna "nadir torpaq metalları baxımından çox zəngindir, çox məhsuldar torpaqlara malikdir".

O, həmçinin resurslara çıxışın dəyərinin 300 milyard dollardan çox ola biləcəyini ehtimal edib, lakin müqavilənin hər bir halda sərfəli olduğunu və Vaşinqtonun öz pulunu geri qaytaracağını qeyd edib.

"Ukrayna çox zəngindir, orada nadir torpaq resursları baxımından çox məhsuldar torpaqlar var. Biz istənilən an ora daxil ola və praktiki olaraq istədiyimiz hər şeyi götürə bilərik", — deyə ABŞ prezidenti bəyan edib.

Yekunda Tramp bunun "çox yaxşı saziş" olduğunu vurğulayıb.

Məryəm Quliyeva