11:58
322
Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Azərbaycan Dili Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Diplomat bununla bağlı "X" sosial şəbəkəsində videomüraciət yayımlayıb.
"Azərbaycan dili xalqınızın zəngin tarixini, mədəniyyətini və milli kimliyini nəsildən-nəslə ötürən qiymətli irsidir. Bu əlamətdar günü qeyd edərkən əminəm ki, Azərbaycan dili və ədəbiyyatı gələcək nəsillər üçün də ilham mənbəyi olmağa davam edəcək", – deyə Səfir bildirib.
Videomüraciətdə səfir Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur "Ana dili" şeirindən də misralar səsləndirib.
Qeyd edək ki, 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün 2001-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla təsis edilib.