10:54
791
Ukrayna ABŞ-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının qələbəsindən sonra Kiyevə göstərilən hərbi və maliyyə yardımının artacağına ümid edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Volodimir Zelenski ZDF telekanalına müsahibəsində bildirib.
Zelenski qeyd edib ki, seçkilərdə qalib gələn demokratlar Ukraynanı dəstəkləmək və ona yardım göstərmək barədə "çox aydın" danışırlar.
"Onlar Birləşmiş Ştatlar və Avropa arasında əlaqələrin bərpa olunmasından bəhs edirlər. Bu səbəbdən güclər balansının formalaşacağına və daha böyük dəstək alacağımıza ümid var. Əgər Konqres indi, Avropanın bu gün etdiyi və nümayiş etdirdiyi kimi, əhəmiyyətli maliyyə dəstəyi və ya hərbi yardım haqqında danışmağa başlasa, bu, Putinə təsir göstərəcək müsbət amil olacaq", - deyə o vurğulayıb.
Məryəm Quliyeva