ADY: Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib Hadisə

ADY: Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC Bakı–Ağstafa–Bakı marşrutuna yüksək sərnişin tələbatının qarşılanması üçün noyabrın 14-dən 30-dək həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək.

Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək mümkündür.