Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək - YENİLƏNİB Siyasət

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

NTV xəbər verir ki, o bu barədə mediaya açıqlamasında məlumat verib.

“Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, – Türkiyə Prezidenti bildirib.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – Ərdoğan vurğulayıb.

***

12:58

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günündə Azərbaycana səfər edəcəyini bildirib.

Bu barədə NTV məlumat yayıb.