Demokrat Partiyası Nümayəndələr Palatasında 259 yer qazana bilər Dünya

Demokrat Partiyası Nümayəndələr Palatasında 259 yer qazana bilər

ABŞ Konqresinə aralıq seçkilərinin yekunlarına görə Demokratlar Nümayəndələr Palatasında 259 yer əldə edə bilərlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Kanalın hesablamalarına görə, respublikaçılara isə 176 kreslo qalacaq.

TASS əməkdaşının araşdırmasına görə, əgər bu proqnoz təsdiqlənərsə, demokratlar son 30 ildən çox müddətdə ən böyük mandata sahib olacaqlar. 1993–1995-ci illər Konqresində onların 258 mandаtı var idi. Yaxın tarixdə bundan çox göstərici yalnız 1991–1993-cü illərin Nümayəndələr Palatasında qeydə alınıb — həmin vaxt Demokrat Partiyası 267 yerə yiyələnmişdi.

Hələlik, "NBC News"un ilkin hesablamalarına əsasən, demokratların 242, respublikaçıların isə 151 yeri olacaq. Çoxluq təşkil etmək və Konqresə faktiki nəzarəti ələ almaq üçün partiyalardan birinin 218 yer qazanması kifayətdir.

Məryəm Quliyeva