Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq
“Demokratların qələbəsi Trampın müharibəni davam etdirməsinə maneə yaratmır”
Azərbaycandakı diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
Vergi ödəyicisi könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçə biləcək
Maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə 10 faiz güzəşt tətbiq olunacaq
11:33
392
Sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə yeni binada verilən kompensasiya xarakterli sahələrə görə vergi alınmayacaq.
Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sökülmüş binanın yerində inşa edilmiş yeni binadan sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə (sahiblərinə) mülkiyyət sənədlərində müəyyən edilən sahənin müqabilində verilən kompensasiya xarakterli yaşayış və qeyri-yaşayış sahələrinin (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış və qeyri-yaşayış sahəsinın 20 faizi həddində artıq sahənin) vergi tutulan gəlirlərə aid edilməməsi, çəkilmiş məsrəflərin gəlirdən çıxılan xərclərə aid edilməsi, habelə bu yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi ilə bağlı müddəaların Vergi Məcəlləsinə daxil edilməsi təklif olunur.