Maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə 10 faiz güzəşt tətbiq olunacaq İqtisadiyyat

Maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə 10 faiz güzəşt tətbiq olunacaq

Maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə 10 faiz güzəşt tətbiq olunacaq.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, büdcə proqnozlarının vaxtında icrasını, vergi borclarının büdcəyə operativ səfərbər olunmasını və vergi orqanının büdcədənkənar fonduna vəsaitlərin daxilolmasını stimullaşdırmaq məqsədilə maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə onun məbləğinə 10 faiz güzəştin tətbiqi təklif olunur.