“Demokratların qələbəsi Trampın müharibəni davam etdirməsinə maneə yaratmır”
Azərbaycandakı diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
Vergi ödəyicisi könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçə biləcək
Maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə 10 faiz güzəşt tətbiq olunacaq
11:15
371
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır.
APA xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib.
“Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosial rifahın yüksəldilməsinə xidmət edəcək. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında əməkhaqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılacağını bəyan etməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə ölkənin əldə etdiyi iqtisadi uğurlar 2027-ci ildə sosialyönümlü büdcə siyasətinin davam etdirilməsi üçün əlverişli zəmin yaradıb. Nəzərdə tutulan artımlar əhalinin gəlirlərinin yüksəlməsinə və sosial rifahının yaxşılaşmasına töhfə verəcək. Gələn il orta aylııq pensiyanın 45 manat artırılaraq 640 manat olacağı proqnozlaşdırılır”, - deyə Musa Quliyev qeyd edib.