“Neftin ucuzlaşması ilə valyuta ehtiyatının azalması üst-üstə düşüb” İqtisadiyyat

“Neftin ucuzlaşması ilə valyuta ehtiyatının azalması üst-üstə düşüb”

Samir Əliyev: "Ancaq əriməni təkcə neftin qiymətinə bağlamaq düzgün olmazdı"

"Mərkəzi Bank dövriyyəyə dollar buraxaraq əvəzində manatı məhdudlaşdırıb". Belə bir fikirlə iqtisadçı-ekspert Samir Əliyev çıxış edib. "Mərkəzi Bank ötən ay yenidən alış aparmağa məcbur olub. Elə bunun nəticəsidir ki, valyuta ehtiyatı iyulda 18.5 milyon dollar azalaraq 8,5 milyard dollara düşüb. Bu müddətdə də pul bazası 19,5 milyon manat azalıb. Azalma təxminən valyuta ehtiyatı qədərdir. Deməli, Mərkəzi Bank dövriyyəyə dollar buraxaraq əvəzində manatı məhdudlaşdırıb. Məlumat üçün bildiirb ki, iyul ayında neftin dünya bazar qiyməti $62-dən $53-ə düşüb. Hazırda $50-yə yaxınlaşır. Göründüyü kimi, neftin ucuzlaşması ilə valyuta ehtiyatının azalması üst-üstə düşüb. Ancaq əriməni təkcə neftin qiymətinə bağlamaq düzgün olmazdı. Bu, daha çox ölkədən kapital axını ilə bağlıdır. Böyük həcmdə vəsaitlər daha təhlükəsiz yerə - Türkiyə, Yunanıstan, müəyyən qədər də Rusiyanın daşınmaz əmlak bazarına yönəlir. Çünki ölkədə hazırda kapitala təminat yoxdur. Böyük ehtimalla avqust ayında da azalma baş verəcək", - deyə S. Əliyev qeyd edib.