

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Cənub Qaz Dəhlizi layihəsinə əlavə vəsaitlərin cəlb olunmasına hələlik zərurət yoxdur.
Bunu maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, belə zərurət yaranacağı təqdirdə hökumət bu məsələni nəzərdən keçirəcək.
Nazirin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın maraqlarını eyniadlı şirkət təmsil edir.
"Bu şirkətdə həm Azərbaycan hökumətinin, həm də SOCAR-ın payı var. Hökuməti bu layihədə İqtisadiyyat Nazirliyi təmsil edir. Layihənin reallaşdırılmasının ilkin mərhələsində maliyyələşdirmə şirkətin özü tərəfindən cəlb olunmuşdu", - deyə nazir bildirib.
O qeyd edib ki, hökumət hər zaman şirkətə zəruri dəstəyi göstərib, dövlət şirkətin qarantıdır.
"Həmçinin Asiya İnfrastruktur İnkişaf Bankı, Avropa İnkişaf Bankı, Dünya Bankı kimi maliyyə təşkilatlarından vəsaitlər cəlb olunub", - S.Şərifov deyib.