Çavuşoğlu: “Türkiyə Azərbaycan qazının Şərqi Avropaya çatdırılmasına kömək edir” İqtisadiyyat

Çavuşoğlu: “Türkiyə Azərbaycan qazının Şərqi Avropaya çatdırılmasına kömək edir”

Türkiyə enerji məsələsində əziyyət çəkən ölkə deyil.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyaya səfəri çərçivəsində mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, ölkəsi elektrik enerjisi və Azərbaycan qazının Şərqi Avropaya çatdırılmasına yardım etməyə çalışır: “Həm elektrik enerjisinin, həm də Azərbaycan təbii qazının bu ölkələrə tədarükü məsələsində kömək edirik”.

Çavuşoğlu əlavə edib ki, Türkiyə və Liviya arasında bu gün imzalanan anlaşmalar “qazan-qazan” prinsipinə əsaslanır və üçüncü ölkələrin bu məsələyə aidiyyəti yoxdur və həmin ölkələr Liviyanın müstəqil bir ölkə olduğunu bilməlidirlər.