İxrac olunan Azərbaycan qazının dəyəri dəfələrlə artıb İqtisadiyyat

İxrac olunan Azərbaycan qazının dəyəri dəfələrlə artıb

2022-ci ilin yekunlarına əsasən, Azərbaycan 18,965 milyard kubmetrdən artıq təbii qaz ixrac edib ki, bu da 2021-ci ildəki göstəricidən 5,4 faiz və ya 1,08 milyard kubmetr aşağıdır.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, ixrac olunan Azərbaycan qazının dəyəri təqribən 14,99 milyard dollar təşkil edib ki, bu da inişilki göstəricidən (5,534 milyard dollar) 2,7 dəfədən çox və ya 9,455 milyard dollar yuxarıdır.

Ölkənin ümumi ixracında qazın payı qeyd olunan dövrdə 39,29 faiz təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 20,047 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2020-ci illə müqayisədə 38 faiz və ya 7,622 milyard yuxarıdır. Təbii qazın ixracı dəyər baxımından 5,5 milyard dolları keçib ki, bu da 2020-ci ilin göstəricisindən 2,5 dəfə yüksəkdir.