

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Aİ xüsusən Azərbaycanın kənd təsərrüfatı sahəsində investisiya proqramı üzərində çalışır.
Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri Viktor Bojkov Aqrar Məsləhət Xidmətləri üzrə Milli forum zamanı deyib.
Onun sözlərinə görə, Aİ Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə Azərbaycanda bu sahənin inkişafını dəstəkləyir.
"Azərbaycan kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir. Biz istər kənd təsərrüfatının, istərsə də istehsalatın inkişafını sürətləndirmək üçün öz ölkələrimizin təcrübəsini Azərbaycanla paylaşmağa hazırıq. Biz bu sektorun investisiya tələb etdiyini bilirik, buna görə də Aİ Azərbaycanın xüsusən kənd təsərrüfatı sahəsinin investisiyalaşdırılması üzrə proqram üzərində çalışmaqdadır. Proqramın reallaşdırılması həm qrant, həm də kredit ayırma şəklində ola bilər", - o əlavə edib.
Xəbər yenilənəcək