Mərkəzi Bankın valyuta bazarına tələb xeyli ARTIB İqtisadiyyat

Mərkəzi Bankın valyuta bazarına tələb xeyli ARTIB

Bu ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 259,8 milyon ABŞ dolları vəsaitin 164,5 milyon ABŞ dolları və yaxud 63,3 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.

Bu barədə Trend-ə Fonddan bildirilib.

"Valyuta satışı bazardakı tələb-təklif əsasında formalaşır. Ötən ay valyutaya tələb təklifdən az olduğu üçün ARDNF-in manat alışı məqsədilə həyata keçirdiyi valyuta satışı cədvəldə nəzərdə tutulandan az icra olunub" - deyə Fond bəyan edib.

Başqa sözlə, AMB 8 aylıq fasilədən sonra ötən ay valyuta ehtiyatlarının bir hissəsini (95,3 milyon ABŞ dolları) hərraca çıxarmalı olub. Bununla belə, ay ərzində qurumun valyuta ehtiyatları 410,9 milyon ABŞ dolları və yaxud 4,4 % artaraq 9 milyard 364,4 milyon ABŞ dollarından 9 milyard 775,3 milyon ABŞ dollarına çatıb.