“Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb” İqtisadiyyat

“Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb”

“2023-cü ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq Avropadan gələnlərin sayındakı artım davam edib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib: “Belə ki, həmin dövrdə ölkəmizə gələn tursitlərin sayı 30.3 faiz artasa da Avropalı ziyarətçilərin sayında artım 41.9 faiz olub. Həmin müddətdə 1 milyon 723 min xarici Azərbaycana səfər edib. Bu arada körfəz ölkələrindən gələnlərin sayında azalma davam edib. 2023-cü ilin ilk 10 ayında Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb”.