“Macarıstan, Slovakiya, Ruminiya, Şimalı Makedoniyanın da Azərbaycan qazını almasına imkan yarana bilər” İqtisadiyyat

“Macarıstan, Slovakiya, Ruminiya, Şimalı Makedoniyanın da Azərbaycan qazını almasına imkan yarana bilər”

“Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (İGB) mavi qaz ala biləcəklərdən ölkələrdən biri də məhz Serbiyadır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramovq qeyd edib. O, əlavə edib ki, İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Macarıstan, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.