İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
10 İyul 2024 15:09
2 744
Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) İstanbul ofisinin idarəedici direktoru Mutsuaki Sano İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.
AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-dan bildirilib.
Görüşdə qeyd edilib ki, bu ilin mart ayında AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 11 şirkəti "FOODEX Japan 2024" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi altında yerli məhsulları təqdim edib. Yaponiya bazarına ixracın təşviqi tədbirləri çərçivəsində Agentlik tərəfindən Yaponiya üzrə "İxrac bələdçisi"nin hazırlandığı da qarşı tərəfin diqqətinə çatdırılıb.
Bununla yanaşı, Azərbaycanın ixrac və investisiya potensialı haqqında geniş məlumat verilib, ölkəmizin xüsusi iqtisadi zonalarının birgə müəssisələrin yaradılması və daha sonra ixrac edilməsi baxımından geniş imkanlar vəd etdiyi vurğulanıb.
15:45
728
12:11
777
12:10
742