Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
5 Avqust 2024 12:43
3 773
"Azərbaycanın bank sektorunda tənzimləmə inkişaf edir, lakin idarəetmə və şəffaflıq zəif olaraq qalır".
"APA-Economics" xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı qiymətləndirməsində bildirilib.
Qeyd edilib ki, Azərbaycanda sektor üzrə institusional çərçivə region ölkələri ilə müqayisə edilə bilər, qlobal standartlara görə isə nisbətən zəif olaraq qalır.
S&P bununla belə hesab edir ki, Mərkəzi Bank tərəfindən 2023-cü ildə tətbiq edilən tənzimləyici təşəbbüslər, o cümlədən bankların İdarə Heyətlərinə müstəqil üzv təyini ilə bağlı əlavə edilmiş tələblər və risklərin idarə edilməsi tələblərinə edilən dəyişikliklər korporativ idarəetməni təkmilləşdirə bilər.
Reytinq agentliyi həmçinin, Rusiya-Ukrayna müharibəsi dövründə miqrant və kapital axınlarının Azərbaycana təsirini də şərh edib:
"Miqrantların və kapital axınının müsbət təsiri region ölkələrinə nisbətən Azərbaycanda daha az nəzərə çarpır. Azərbaycan 2020-ci ildən quru sərhədlərini bağlı saxladığından, ölkə 2022-2023-cü illərdə Gürcüstan, Ermənistan, Qazaxıstan və Özbəkistanın bank sektorlarına maddi fayda gətirən böyük miqrant axını, pul köçürmələri və qeyri-rezident depozitləri ilə üzləşməyib".
15 Sentyabr 15:45
791
15 Sentyabr 12:11
854
15 Sentyabr 12:10
819