

Azərbaycanın aviasiya bazarı qlobal artım templərini üstələyir.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumunda çıxışı zamanı IATA-nın baş iqtisadçısı Maya Marçinyak bildirib.
O qeyd edib ki, Azərbaycanın aviasiya bazarı təkcə qlobal göstəriciləri deyil, son on ildə Şərqi Avropa ölkələrində qeydə alınan artım templərini də üstələyib. Qarşıdakı 10 il ərzində isə əlavə olaraq daha 40%-lik artım gözlənilir.
"Bu, əsasən Azərbaycandan uçan sərnişinlərin sayının artması hesabına baş verəcək. Belə artım yüksək aktivlikdən xəbər verir - ölkəyə gələn, ölkəni ziyarət edən və yerli hava nəqliyyatı xidmətlərindən istifadə edənlərin sayı daim artır. Bu artımın əhəmiyyətli hissəsi birbaşa olaraq maliyyə nəticələrinə də müsbət təsir göstərir", – Maya Marçinyak əlavə edib.