

Azərbaycanda illik inflyasiya 2025-ci ilin aprel ayında 6,3 faizə yüksəlib.
"APA-Economics"bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 7,6 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,6 faiz təşkil edib.
2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.