“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
8 İyul 2025 17:32
2 856
“Aqrar sahənin ləngiməsinin bir neçə səbəbi var. Son dövrlər iqlim dəyişiklikləri nəticəsində su ehtiyatları azalıb, torpaqların şoranlaşması var və s. Özəlləşdirmə keçirildi və insanlara torpaqlar verildi. Problemlərdən biri də odur ki, bu gün də o torpaqlar səmərəli istifadə olunmur. Bəzən görürük ki, insanlar o torpaqlardan istifadə etmir və təkbaşına istifadə etmək bacarıqları yoxdur və ya bir il istifadə edirlər və o məhsulun qiyməti azalırsa, görürlər ki, səmərəli deyil və ikinci il istifadə etmirlər. Çox hallarda, məsələn, pandemiya dövründə gördük ki, insanlar gəlib şəhərdə yaşayır, torpaqları var heç ondan istifadə etmirlər”.
Bu fikirləri Xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
E.Qəribli İsrail təcrübəsindən danışaraq kənd təsərrüfatında çalışanların icmalar formalaşdırdığını bildirib: “İsrail təcrübəsində belədir ki, bir neçə kiçik sahibkarlar və ya kənd təsərrüfatında çalışanlar icmalar formalaşdırır və bir kənd bir icma formasında məhsul istehsal edir, becərir. Burada miqyas effekti rol oynayır. Onda maya dəyəri aşağı düşür və birgə olanda yük daha az düşür. Amma bizdə hər kəs fərdi formada həyata keçirir. Suvarması çox baha başa gəlir. Düzdür, dövlət bu sahədə də yardımlar göstərir. Ancaq yenə deyirəm burada miqyas effekti də rol oynayır”.
Ekspert deyib ki, bütün dünyada ixrac yönümlü kənd təsərrüfatı məhsullarını çox vaxt böyük şirkətlər, təsərrüfatlar qurur: “Bizdə belə böyük təsərrüfatlar nisbətən azdır. Yəni ki, burada çıxış yolu ya böyük təsərrüfatlar yaranmalıdır ki, səmərəli olsun, ya da ki, müəyyən eksperimentlər icma formasında keçirilməlidir. Ona görə hesab edirəm ki, kiçik fərdi formada effekt verməyəcək. Ola bilər müəyyən bölgələrdə əsl sahibkarlar gəlib digər insanlardan torpaq icarəyə götürüb və ya sonradan alıb böyük təsərrüfat quraraq səmərəliliyi təmin edə biləcəklər. Bir sözlə, bu sahədə beynəlxalq təcrübə də çoxdur. Onları tətbiq etmək olar. Kənd təsərrüfatı bütün dünyada subsidiya tələbi olan bir sahədir. Hər yerdə bu məsələ həssasdır. Bu barədə fikirləşmək lazımdır”.
Röya İsrafilova
11 Yanvar 16:19
1 204
9 Yanvar 20:45
2 359
9 Yanvar 18:08
2 324