

22 İyul 17:05
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. AZIR indeksinin orta günlük səviyyəsi iyunda 7.03%, iyulun ötən dövründə isə 7.15% olub.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank izafi likvidliyin əhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla sterilizasiya etməklə AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyib. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 6 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 26%, sayı isə 55% artıb.