AP News: ABŞ otelindən onlarla tovuz quşu itkin düşüb Dünya

AP News: ABŞ otelindən onlarla tovuz quşu itkin düşüb

Kaliforniyanın Sacramento deltasında yerləşən tarixi Ryde otelində, uzun müddət kurortun ayrılmaz hissəsi olmuş onlarla tovuz quşu gizli şəkildə oğurlanıb.

Xalqcebhesi.az AP News-a istinadən xəbər verir ki, ABŞ-da oteldən onlarla tovuz quşu oğurlanıb.

İşçilərin fikrincə, bu, quşların məqsədyönlü oğurluğu hadisəsi ola bilər. Bir qonaq, iki kişinin tovuz quşlarından birini qəfəsə salaraq yük maşını ilə apardığını görüb və bu səbəbdən otel rəhbərliyi şübhələnib. Yoxlama nəticəsində məlum olub ki, cəmi tovuz quşlarından yalnız dördü qalıb.

Sakramento şerifinin məlumatına görə, oğurlanan tovuz quşlarının hər birinin qiyməti 2000 dollar, dişi tovuz quşlarının isə 1000 dollar olub. Otel sahibləri tovuz quşlarını 14 il əvvəl alıb və zamanla onların sayı çoxalmışdı.

Hadisədən sonra otel təhlükəsizlik tədbirlərini gücləndirib, əlavə kameralar quraşdırılıb və yeni hasarların tikilməsi planlaşdırılıb. Otel qonaqları və yerli sakinlər, oğurlanan tovuz quşlarının tapılması üçün məlumatları paylaşmağa başlayıblar.

Məryəm Quliyeva