

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
İyulun 31-də maliyyə naziri, Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın həmsədri Sahil Babayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı qəbul edib.
Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu xüsusda iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə verdiyi töhfə qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.
Görüş zamanı cari ilin sentyabr ayında Budapeştdə keçirilməsi planlaşdırılan iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclasına hazırlıq məsələləri də müzakirə olunub.
Nazir Sahil Babayev Komissiyanın növbəti iclasının Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi, diaspora və digər sahələrdə genişləndirilməsi baxımından məhsuldar olacağına əminliyini ifadə edib.
Səfiri Tamaş Yojef Torman Macarıstanın Azərbaycanla dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığını vurğulayıb, ölkələrimiz arasında əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib.