EIA Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb İqtisadiyyat

EIA Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2025-2026-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2025-ci ildə ölkədə ortalama gündəlik neft hasilatı 570 min barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).

EIA-nın ehtimalına görə, gələn il ölkədə qeyd olunan göstərici 540 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabata əsasən, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.