Hindistan və Çin sentyabr ayında birbaşa uçuşları bərpa edə bilər Dünya

Hindistan və Çin sentyabr ayında birbaşa uçuşları bərpa edə bilər

Bloomberg mənbələrə istinadən xəbər verir ki, Hindistan və Çin gələn ay birbaşa uçuşları bərpa etmək niyyətindədir.

Agentliyin məlumatına görə, Hindistan hökuməti aviaşirkətlərdən Çinə uçuşları tez bir zamanda hazırlamağı xahiş edib və bu barədə avqustun sonunda Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində rəsmi açıqlama verilə bilər.

Mənbələr bildiriblər ki, birbaşa uçuşların bərpası ilə bağlı müzakirələr son iki həftə ərzində intensivləşib və iştirakçı aviaşirkətlər təkliflə bağlı məlumatlandırılıb.

Dayandırılmadan əvvəl Air India və IndiGo da daxil olmaqla Hindistan daşıyıcıları, həmçinin Air China, China Southern və China Eastern kimi Çin aviaşirkətləri iki ölkənin əsas şəhərləri arasında uçuşlar həyata keçirib.

Mənbələrin bildirdiyinə görə, davam edən danışıqlar, çox güman ki, Air India və IndiGo-nun Çinə uçuşlarının bərpasına gətirib çıxaracaq.

Cavid