“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
13 Avqust 2025 08:57
1 890
Fransada bir atom elektrik stansiyasında enerji istehsalı meduzalara görə dayandırılıb. Stansiyanın dörd reaktoru təcili olaraq bağlanıb.
Xalqcebhesi.az xəbər verir ki, məlumata görə, meduza sürüsü stansiyanın dörd nüvə reaktorunun soyutma sistemlərini tıxayıb. Bildirilib ki, mümkün nüvə fəlakətinin qarşısını almaq üçün reaktorlar avtomatik olaraq bağlanıb.
Digər iki reaktorunda təmir işləri aparılan AES-də elektrik enerjisi istehsalı meduzaların işğalı səbəbindən tamamilə dayandırılıb. Fransızlar filtrləri bağlayan meduzaları təmizləməyə çalışırlar.
Son illər bölgədə meduzaların sayının artması müşahidə olunur. Alimlər meduzaların qlobal istiləşmə səbəbindən sürətlə çoxaldığını vurğulayıblar.
Məryəm Quliyeva