“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
12 Avqust 17:50
2 331
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı bəyan edib ki, Türkiyə Ukrayna ilə bağlı sammitə ev sahibliyi etməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, Türkiyə prezidentinin administrasiyasının verdiyi məlumata görə, Ərdoğan Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda əldə olunmuş irəliləyişi qeyd edib. Bu danışıqların üç raundu daha əvvəl İstanbulda baş tutmuşdu.
Ərdoğan deyib: "Türkiyə liderlər sammitinə ev sahibliyi etməyə hazırdır. Hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılması, yüksək səviyyəli görüşün keçirilməsinə yol aça bilər."
Açıqlamada həmçinin vurğulanır ki, "Prezident Ərdoğan telefon danışığını Ukrayna tərəfinin istəyi ilə Zelenski ilə aparıb. O, İstanbulda keçirilən birbaşa Rusiya–Ukrayna danışıqlarında əldə olunmuş irəliləyişi yüksək qiymətləndirib və atəşkəsə nail olunması, davamlı sülh yolunda növbəti danışıqlar raundlarında əhəmiyyətli nəticələrə nail olunacağına ümid etdiyini bildirib."
Məryəm Quliyeva
8 Dekabr 20:39
1 064
8 Dekabr 18:43
1 127
8 Dekabr 18:35
1 057