13 Avqust 2025 09:05
2 135
Mingəçevirdə qız üstündə başlayan mübahisə qanla bitib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə avqustun 13-ü gecə şəhərin Nizami küçəsində baş verib.
2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Tahirli İbrahim Fazil oğlunun döş nahiyəsinə bıçaqla xəsarətlər yetirib.
Yaralı xəstəxanaya çatdırılıb və dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Əldə edilən ilkin məlumata görə, tərəflər arasında mübahisə qız üstündə olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Teleqraf-ın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
21 May 20:40
1 218
21 May 17:42
1 190
21 May 16:33
1 323