
“Rusiyanın siyasəti dəyişməyib”
12 Avqust 15:44
12 Avqust 15:44
12 Avqust 12:00
11 Avqust 10:55
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Vladimir Zelenski deyib ki, Ukraynasız Ukrayna haqqında danışmaq mümkün deyil.
Xalqcebhesi.az xəbər verir ki, Ukrayna Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin onun iştirakı olmadan qəbul edilmiş qərarlarını tanımır, deyə Vladimir Zelenski ofisinin yayımladığı “Gənclər buradadır” forumunda bildirib.
Zelenskinin sözlərinə görə: "Ukrayna haqqında Ukraynasız danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək. Bu görüş onların ikitərəfli münasibətləri üçün əhəmiyyətli ola bilər, lakin Ukrayna ilə bağlı bizsiz heç bir qərar qəbul oluna bilməz. Ümid edirəm ki, ABŞ prezidenti bunu anlayır və nəzərə alır."
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp, avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşməyə ümid etdiyini açıqlamışdı. Daha sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu görüşün planlaşdırıldığını təsdiqləmişdi.
Uşakovun sözlərinə görə, görüşdə əsas diqqət Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli variantlarının müzakirəsinə yönələcək. O həmçinin qeyd edib ki, növbəti Putin–Tramp görüşünün Rusiya ərazisində keçirilməsi gözlənilir.
Məryəm Quliyeva