Dollar Rusiyada apreldən bəri ilk dəfə 87 rublu keçib İqtisadiyyat

Dollar Rusiyada apreldən bəri ilk dəfə 87 rublu keçib

Rusiyada ABŞ dollarının məzənnəsi aprelin 11-dən bəri ilk dəfə olaraq 87 rublu ötüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, ötən həftədən başlayaraq ABŞ valyutası sürətlə bahalaşmağa başlayıb.

Ekspertlərin fikrincə, bu, Mərkəzi Bankın 18%-ə endirdiyi əsas faiz dərəcəsi ilə bağlı ola bilər.

Qeyd olunur ki, bu, idxala olan tələbata təzyiqi azaldır və ixracatçılar Rusiya bazarında valyuta satışlarını azalda bilər.